“Ukrayna ötən sutka 945 hərbçi itirib”

ukrayna-oten-sutka-945-herbci-itirib
Oxunma sayı: 1872

“Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində 945 hərbçi və 33 tank itirib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlayıb. 

Onun sözlərinə görə, bununla yanaşı, ötən gecə Ukrayna ordusuna məxsus 28 ədəd piyadaların döyüş maşını, 38 zirehli döyüş maşını, 3 ədəd “Krab” özüyeriyən artilleriya qurğusu və digər texnikalar itirib.