Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ukrayna vətəndaşlarını Rusiyanın Müdafiə Nazirliyinin Kiyevi vaxtında tərk etmək barədə tövsiyələrinə ciddi yanaşmağa çağırır.
“Qafqazinfo” xəbər verir ki, bu bəyanatla Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
Onun sözlərinə görə, bu tövsiyə Ukraynanın 9 May - Faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş paradı pozmaq cəhdlərinə cavab olaraq zərbə endirmək ehtimalı ilə əlaqədar verilib.
Qeyd edək ki, dünən Rusiya XİN xarici ölkələrə diplomatlarını Kiyevdən təxliyə etmək çağırışı ilə nota təqdim etmişdi.
Son xəbərlər
Son Xəbərlər