Ulduz futbolçu xəstəxanaya yerləşdirildi

ulduz-futbolcu-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1965

Çili millisinin və "İnter"in futbolçusu Arturo Vidal koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Çili Futbol Federasiyası məlumat yayıb. Xəstəliyi ağır keçirən yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib.

Vidalın DÇ-2022-nin seçmə mərhələsində gələn həftə Argentina və Boliviya ilə keçiriləcək görüşləri buraxacağı açıqlanıb. Onun iyunun 13-də start götürəcək Amerika kubokunda iştirakı isə sual altındadır.