Ülvi Məmmədov Avropa çempionatında gümüş medal qazandı - Video

ulvi-memmedov-avropa-cempionatinda-gumus-medal-qazandi
Oxunma sayı: 1198

Azərbaycanlı karateçi Ülvi Məmmədov mayın 15-dən 18-dək Rumıniyanın Tarqu Mureş şəhərində baş tutan Avropa çempionatında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, idmançı yarışda gümüş medal qazanıb. 

Qeyd edək ki, Ülvi Məmmədov karatenin Şotokan üslubu üzrə 2-ci dan qara kəmər sahibidir. O, 2022-ci ildə karatenin Şotokan üslubu üzrə Çexiyanın Pardubitse şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. Həmçinin 2023-cü ildə Bolqarıstanın Kranevo şəhərində Avropa çempionu olub. 

Ü.Məmmədov sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.