“Ümid edirəm ki, Ermənistan bundan xəbərdardır”

umid-edirem-ki-ermenistan-bundan-xeberdardir
Oxunma sayı: 4188

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün üçtərəfli razılaşmaların bütün spektrlərini işə salıb”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə Rusiyanın Ermənistanı dəstəkləmək üçün hansı tədbirlər gördüyünə dair sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatlar İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesinin irəliləyişi üçün etibarlı zəmindir:

“Həm Ermənistan, həm Azərbaycanla müttəfiqlik öhdəliklərimizi nəzərə alırıq. Bu səbəbdən də, vasitəçi olaraq bu funksiyanı səmərəli şəkildə yerinə yetirməyə imkan verən mövqe tuturuq. Çox ümid edirəm ki, Ermənistan bundan xəbərdardır”.