​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

unesco-buna-ermenistanin-mane-oldugunu-etiraf-etmisdi
Oxunma sayı: 461

“Azərbaycan UNESCO ilə azad edilmiş ərazilərdəki bərpa işləri və mina problemi məsələləri barədə danışıqlar aparır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev “Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu”nda “Mədəniyyətin Beynəlxalq Münasibətlər Sistemindəki Yeri” adlı paneldə deyib.

“Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə mədəni irsin məhv edilməsi, adlarının və tarixinin saxtalaşdırılması, təyinatlarının dəyişdirilməsi ilə bağlı müraciət edilmişdi, lakin UNESCO lazımi missiyanı ölkəmizə göndərə bilməyəcəyini, buna Ermənistan tərəfinin mane olduğunu etiraf etmişdi”,- o bildirib.

Lamiyə Məmmədova