Çeçenistanın Qudermes şəhərindəki Rusiya xüsusi təyinatlı universiteti Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat yayıb:
“Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq”.
Kadırov bildirib ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə Putinin adının verilməsi haqqında qərar təhsil müəssisəsi yaradılan zaman verilib.
Son xəbərlər
Son Xəbərlər