Uqandalı nazirə sui-qəsd oldu, qızı və sürücüsü öldü - Fotolar

uqandali-nazire-sui-qesd-oldu-qizi-ve-surucusu-oldu
Oxunma sayı: 3399

Uqandada əmək və nəqliyyat naziri Katumba Vamalaya sui-qəsd təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Nəticədə nazirin qızı və sürücüsü öldürülüb, özü və yerli sakinlərdən biri yaralanıb. Hadisəni motosikletlərdə olan 4 nəfər törədib. Onlar Vamalanın avtomobilini atəşə tutublar.

Xatırladaq ki, Vamala daha əvvəl Uqanda polisinin rəisi vəzifəsini icra edib. Ona 2017-ci ildə də sui-qəsd təşkil edilib.