Uşağını tək qoyub tətilə gedən ana ömürlük həbs edildi

usagini-tek-qoyub-tetile-geden-ana-omurluk-hebs-edildi
Oxunma sayı: 6857

16 aylıq körpəsini təkbaşına buraxaraq onun ölümünə səbəb olan ana ömürlük həbs edilib.

“Qafqazinfo” “NBC”yə istinadən xəbər verir ki, hadisə ABŞ-də baş verib. 

Belə ki, 32 yaşlı Kristelnu Kandelario ötən il 1 yaş 4 aylıq uşağını tətilə getdiyi üçün evdə tək qoyub və nəticədə körpə ölüb. 

Daha sonra ana bunu etiraf edib. 

Həbs edilən ana məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.