Uşaqlığı mərmi altında keçənlərin bayramı... - Fotosessiya

usaqligi-mermi-altinda-kecenlerin-bayrami
Oxunma sayı: 3910

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu məqamda müharibənin özünü görüb, mahiyyətini dərk etməyən uşaqlarla bağlı hələ ötən ilin iyulunda-Tovuz döyüşləri ərəfəsində hazırladığımız fotoreportajı bir daha təqdim edirik:

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriyadan istifadə etməklə Tovuzun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Aşağı Öysüzlü kəndlərini atəşə tutmasına baxmayaraq, buranın sakinlərinin gündəlik həyatında heç bir dəyişiklik yoxdur. Yaşlılar, cavanlarla yanaşı, kəndin azyaşlı uşaqları da normal həyatlarını davam etdirirlər. Kimisi at çapır, kimisi həyətdə oynayır, kimisi də velosiped sürür.

“Qafqazinfo”nun Tovuza ezam olunmuş əməkdaşları Pərvin Zeynal və Emin Səfərov uşaqlığı mərmi altında keçən azyaşlılardan bir neçəsini lentə alıb:

Düşmənin Ağdam kəndinə atdığı mərmi nəticəsində evi dağılan və babası Əziz Əzizovu itirən kiçik Əziz

Ermənilərin atdığı mərmi nəticəsində darmadağın olan yaşayış evinin pəncərəsindən boylanan azyaşlı

Həyətlərinə mərmi düşən zaman evdə olan və nə baş verdiyini anlamayan Aşağı Öysüzlü kəndinin yaşyarımlıq sakini Elcan

İyulun 12-də Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elşad Məmmədovdan yadigar qalan 6 aylıq oğlu Məhəmməd

Yoldan keçən əsgərlərə evlərində hazırlanan kompotları paylayan və hərbçilərimizə sevgisini bu cür göstərən Elay

Atəş səslərinin fonunda at çapan Ağdam kəndinin azyaşlı sakini

Döyüşlərin gərgin vaxtında evlərinin həyətində oynayan azyaşlılar

Atəş səslərinə önəm verməyən, artıq bu sahə üzrə mütəxəssis kimi danışan və kənd yollarında velosiped sürən 13 yaşlı Seymur

Fotoaparatı görən zaman öz ləhcəsində "Nə işə çəkirsən, ayə?" deyən uşaq