“Utilizasiya ilə bağlı güzəşt məbləğlərinin artırılmasına baxıla bilər”

utilizasiya-ile-bagli-guzest-mebleglerinin-artirilmasina-baxila-biler
Oxunma sayı: 2439

“Sentyabrın 1-dən avtomobil sahibləri öz köhnəlmiş avtomobillərini utilizasiyaya verə biləcəklər. Bunun qarşılığında fondda formalaşmış vəsait hesabına gətirilən avtomobilin təsnifatına uyğun olaraq ödəniş əldə edəcəklər. Əgər bu yerli istehsal olunan yeni nəqliyyat vasitəsinin alınmasına yönəlirsə, tam həcmdə, əgər başqa məqsədlər üçün istifadə nəzərdə tutulursa, onun 70 faizi qədərində birdəfəlik ödəniş alacaqlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu istər xarici nəqliyyat vasitəsi almaq, istərsə də başqa məqsədlə ola bilər.

F. Mütəllimovun sözlərinə görə, fond təkcə idxal olunan nəqliyyat vasitələri hesabına yox, eyni zamanda digər mənbələrdən də formalaşa bilər: “Gedişatdan asılı olaraq güzəşt məbləğlərinin artırılmasına baxıla bilər. Fondun formalaşması barədə yeni qanun var. Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata uyğun olaraq məsələyə təkrar baxıla, rəqəmlərə baxıla bilinər. Əgər tələbat çox olarsa, ödənişlər növbəlilik əsasında həyata keçiriləcək”.

Gülnar Əliyeva