Vahid Ələkbərov 28,6 milyard dollarla ilk yerdədir - Siyahı

vahid-elekberov-286-milyard-dollarla-ilk-yerdedir
Oxunma sayı: 5169

“Forbes” jurnalı dünya üzrə ən varlı rusiyalıların illik siyahısını tərtib edib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, “Lukoyl”un təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərov siyahıya ilk dəfə başçılıq edib. O, il ərzində beş pillə yüksələrək qlobal reytinqdə 59-cu yerə çıxıb. Onun sərvəti 20,5 milyard dollardan 28,6 milyard dollara çatıb.

Sonrakı yerdə 27,4 milyard dollar (illik +5,8 milyard dollar) kapitalı ilə “Novatek PJSC”nin İdarə Heyətinin sədri Leonid Mixelson gəlir.

İlk üçlüyü 26,6 milyard dollarla “NLMK”nın ortağı Vladimir Lisin tamamlayır.

Ötənilki lider – “Eurochem” və “SUEK”in təsisçisi Andrey Melniçenko yeddinci yerə enərək bir neçə mövqeni birdən itirib. Onun sərvəti bu dövr ərzində 4,1 milyard dollar azalaraq 21,1 milyard dollara düşüb.

Ümumilikdə, bu il “Forbes”in dünyanın ən varlı adamları reytinqinə 125 rusiyalı milyarder daxil edilib.