VAR danışıqlarından hamının xəbəri olacaq

var-danisiqlarindan-haminin-xeberi-olacaq
Oxunma sayı: 2774

İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqanın rəhbərliyi hakimlərlə bağlı yeni qərar qəbul edib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə La Liqanın saytı məlumat yayıb.

Bildirilir ki, artıq çempionatın oyunlarından sonra meydanda işləyən hakimlərlə VAR hakimləri arasında gedən söhbətlərin video və audio yazıları yayımlanacaq. 

Bu təcrübə ilk dəfə yanvarın 14-də, 20-ci turun oyunları zamanı tətbiq ediləcək. Vurğulanır ki, belə tədbirlərin tətbiqi hakimlərin işini və yarışın özünü daha şəffaf edəcək. Nəticədə azarkeşlər hakimlərin matç zamanı nə üçün bu və ya digər qərar qəbul etdiyini daha yaxşı başa düşəcəklər.