Vatsapda bu da mümkün olacaq

vatsapda-bu-da-mumkun-olacaq
Oxunma sayı: 4881

Vatsap messencerində proqrama üçdən çox çat əlavə etməimkan verən yeni funksiya olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, yeni funksiya vatsap messencerinin “Android” əməliyyat sistemi ilə işləyən cihazlarda istifadəçilər üçün əlçatan olacaq.

Mütəxəssislərin sözlərinə görə, təkmilləşmə çoxlu sayda kontaktlarla tez-tez əlaqə saxlayan və ya çoxsaylı qrup çatlarında iştirak edən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək.

Hazırda bu funksiya inkişaf mərhələsindədir. Yenilik tətbiqin gələcək yeniləməsində görünəcək.