Vens Hörmüzdən danışdı - “Milyonlarla barel neft keçir”

vens-hormuzden-danisdi
Oxunma sayı: 414

“Hörmüz boğazı hazırda açıqdır və oradan milyonlarla barel neft və qaz daşınır”.

“Qafqazinfo” “Clash Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.

Vitse-prezident ABŞ və müttəfiqlərinin bölgədə yaratdığı koordinasiya mexanizminin effektivliyindən danışıb:

“Biz Hörmüz boğazını açıq saxlamağa imkan verən mexanizm yaratmaq istəyirdik. O, hazırda açıqdır. Qaz və neft qiymətlərinin necə düşdüyünü görə bilərsiniz. Hörmüz boğazından milyonlarla barel neft və təbii qaz keçir, hansı ki, əvvəllər bu baş vermirdi. İstəyirdik əmin olaq ki, qaçılmaz olan münaqişələr yarandıqda onlarla mübarizə apara biləcəyimiz bir koordinasiya mexanizmi qurmuşuq”.

Xatırladaq ki, iyunun 18-nə keçən gecə ABŞ və İran hərbi əməliyyatları dayandırmaq və 60 gün ərzində yekun sülh sazişinin hazırlanmasına başlamaq məqsədilə anlaşma memorandumu imzalayıblar. Lakin iyunun 20-də İsrailin Livana hücumlarından sonra İran Hörmüz boğazını yenidən bağladığını bəyan etmişdi.

Buna baxmayaraq, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda sülh sazişinin hazırlanması üzrə yol xəritəsi razılaşdırılıb. “Axios” portalının məlumatına görə, amerikalılar bu danışıqlarda Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi məsələsində ciddi irəliləyiş əldə olunduğunu bildirirlər.