“Verilişlərdə Azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur”

verilislerde-azerbaycan-kisisi-axmaq-gezeyen-kimi-teqdim-olunur
Oxunma sayı: 6229

“Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün televiziyalarda Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı “Retro söhbət” yutub layihəsində deyib.

Sənətkar gileylənib: “Telekanallarımızın əksəriyyətində verilişlər var, orada Azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi göstərilir. Qadınlar saçyolduya çıxırlar, boşanıb-evlənirlər... Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım, ağbirçəyim budursa...”