“60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə həsr olunmuş mətbuat konfransında deyib.
N.Alimova bildirib ki, Azərbaycan Prezidentinin fərmanlarının icrası həyata keçirilir: “Bu fərmanlardan biri torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmandır. 413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib.
Bir digəri isə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmandır.
Belə ki, 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim olunub. 4 602 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib”.
Sədr qeyd edib ki, təxmini 400-500 min civarında sənədsiz və ya sənədləşməsi mümkün olmayan tikillər var: “Başa düşməliyik ki, özbaşına tikili nədir? Özbaşına tikililər torpaq qanunvericiliyini pozaraq aparılmış tikililərdir. Bu tikililərin qanuni olaraq sənədləşdirilməsi düzgün deyil. Özbaşına tikililərin sənədləşdirilməsi ilə bağlı vətəndaşları daim maarifləndiririk. İnsanlar bunu başa düşməlidir. Çünki bu, bir çox problemlərə yol açır. Ölkədə qanunsuz tikililərin tendensiyası aşağı düşdükdə icraçı qurum olaraq bu prosesə tənzimlənməyə uyğun olaraq baxılacaq”.
***
N. Alimova bildirib ki, yeni sistem vətəndaşların qapı-qapı gəzərək sənədi əldə etmək tələbini aradan qaldıracaq.
O həmçinin əlavə edib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanlarıdır və torpaqla bağlı məsələlərdə əvvəllər nəzarət başqa formada aparılırdı: “Yeni inteqrasiya sistemi vasitəsilə bələdiyyələr, icra hakimiyyəti və arxiv məlumatları vahid platformada birləşdiriləcək.
Bununla yanaşı yeni sistem sayəsində torpaqla bağlı bütün məlumatlar, bələdiyyə qərarları və tarixi sənədlər elektron formada görünəcək”.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər