Videosunu yaymaqla hədələyib pul almışdı, saxlanıldı

videosunu-yaymaqla-hedeleyib-pul-almisdi-saxlanildi
Oxunma sayı: 3219

Ötən gün paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib. 

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.