Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi - Yenilənib

vilayet-eyvazov-generali-vezifesinden-azad-etdi
Oxunma sayı: 20516

Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir.

***

DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilən polis general - mayoru Yaşar Əliyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib. 

Qeyd edək ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevdir.