Vilayət Eyvazov kapitanı rəis təyin etdi

vilayet-eyvazov-kapitani-reis-teyin-etdi
Oxunma sayı: 10286

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinə yeni rəis təyin edib.

"Qafqazinfo"nun məlumatına görə, nazirin əmri ilə kapitan Emil Vəliyev bu vəzifəyə gətirilib.

Qeyd edək ki, E.Vəliyev buna qədər həmin bölmədə təbliğat və təşviqat üzrə inspektor vəzifəsində çalışıb.