Vladimir Tatosov dünyasını dəyişdi

vladimir-tatosov-dunyasini-deyisdi
Oxunma sayı: 2093

Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR Xalq artisti Vladimir Tatosov 95 yaşında dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo” “Qovorit Moskva” radiostansiyasına istinadən xəbər verir.

Məlumata görə, sənətkar koronavirus səbəbindən daha da ağırlaşmış onkoloji xəstəlikdən vəfat edib.

Qeyd edək ki, V.Tatosov 1926-cı il mayın 10-da Moskvada anadan olub. O, tamaşaçılara “Şerlok Holms və doktor Vatson: XX əsr başlayır”, “6 iyul”, “Böyük ailə” və digər filmlərdən, həmçinin “Qoluboy oqonyok” televiziya proqramından tanışdır.