“Vogue” jurnalının keçmiş baş redaktoru dünyasını dəyişdi

vogue-jurnalinin-kecmis-bas-redaktoru-dunyasini-deyisdi
Oxunma sayı: 1588

“Vogue” jurnalının keçmiş baş redaktoru, 1971-1988-ci illərdə nəşrə rəhbərlik etmiş Qreys Mirabella 91 yaşında ABŞ-da vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vogue” məlumat yayıb.

Qeyd edək ki, Qreys Mirabella 1971-ci ildə “Vogue” jurnalının baş redaktoru təyin olunub. Onun rəhbərliyi altında jurnalın tirajı 400 min nüsxədən 1,2 milyona qədər artmışdı.