Vüqar nişanlısı ilə - Fotosessiya

vuqar-nisanlisi-ile
Oxunma sayı: 17986

Müğənni Vüqar Muradov nişanlanıb. "My name is İntiqam 2" filminin təqdimat mərasiminə qatılan cütlük "Qafqazinfo"nun kamerası qarşısına keçib. Muradov açıqlamasında tezliklə toy edəcəyini bildirib:

"Ailə məsələlərini şişirtməyi xoşlamıram. Tədbirdə bizi gördünüz, yalandan deməyəcəm ki, başqa şəxsdir, nişanlımdır. Sizi aldada bilmərəm. Tezliklə toy edəcəm, toy mediaya qapalı olacaq. Toy fotolarının yayılmasını qəbahət bilmirəm, amma hər kəsin həyat prinsipi var. Mən mediadan uzaq toy etmək istəyirəm. Kişi toyu anlayışı mənə çatmır, o qədim adətdir. Mənim toyumda bəylər xanımları ilə iştirak edəcəklər. Hər kəsin fikrinə hörmətlə yanaşıram".

Könül
Fotolar: Nuran Məmmədov