“Xabi Alonso “Real”la müqavilə bağlayacaq” - Karro

xabi-alonso-realla-muqavile-baglayacaq
Oxunma sayı: 2990

“Bayer”in (Leverkuzen) baş direktoru Fernando Karro klubun baş məşqçisi Xabi Alonso haqqında maraqlı fikirlər səsləndirib.  

“Qafqazinfo” xəbər verir ki, o, çalışdırıcının “Real”a rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

“Bir gün Xabi Alonsonun “Real”ın baş məşqçisi olacağına şübhəm yoxdur. Bəlli olmayan sadəcə onun “Real”la nə vaxt müqavilə bağlayacağıdır. Amma buna əminəm”.

Xatırladaq ki, daha əvvəl Xabi Alonsonun 2025-ci ilin yayında “Real”a baş məşqçi təyin olunacağı haqda məlumat yayılmışdı.