Xameneidən Trampa təhdid - “Bu hərəkət cavabsız qalmayacaq”

xameneiden-trampa-tehdid
Oxunma sayı: 1853

İranın dini lideri Ayətullah Xamenei ötən həftə İranda baş verən üsyanın ABŞ və İsrail tərəfindən təşkil edildiyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Xamenei Trampı ağlı yerində olmayan adam adlandırıb və təşkil edilən üsyana görə ABŞ-ın cavab verəcəyini bildirib:

“Başınız daşa dəydi. Yenə təkrar etsəniz, yenə uğursuzluğa düçar olacaqsınız. Neçə gün ərzində İrana ziyan vurdunuz. Bunun kompensasiyası mütləq olacaq”.

Qeyd edək ki, İranda 1 həftə davam edən aksiyalarda 29 nəfər ölmüş, 3700 nəfər saxlanılmışdı.