Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

xanimi-kadir-inanirin-son-veziyyetini-aciqladi
Oxunma sayı: 5002

“Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kural yazılı açıqlamasında deyib.

Jülide Kural Kadir İnanırın intubasiya edildiyini vurğulayıb:

“Bildiyiniz kimi, dünəndən etibarən həkimlərimizin məqsədi Kadir İnanırı intubasiyadan çıxarıb təbii prosesə başlamaq idi. Onu sevirəm, tez zamanda oyanmasını diləyirəm”.

Kural qeyd edib ki, həkimlər prosesin həssaslığını nəzərə alaraq bir gecə daha gözləməyə qərar veriblər.