“Xarici dövlət borcumuz 5 milyarda qədər enə bilər”

xarici-dovlet-borcumuz-5-milyarda-qeder-ene-biler
Oxunma sayı: 2205

“Növbəti iki ildə xarici dövlət borcumuz 5 milyard dollar səviyyəsinə qədər enə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib.

“Bunları nəzərə alaraq dövlət tərəfindən daha çox borcun cəlb edilməsi məqsədə uyğun hesab olunub. Bu isə konkret layihələrin maliyyələşdirilməsinə hesablanacaq. Hazırda xarici  dövlət borcumuz 6,5 milyard dollar səviyyəsindədir. Ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcunun ümumi borcda çəkisi artsın. Bu ona görə edilir ki, biz xarici dövlət borcundan asılı olmayaq. Xarici dövlət borcunun qiyməti hansısa məzənnə dəyişikliyi olanda manatda artır. Daxili dövlət borcunun artırılması bizim maliyyə, bank sektorunun artımına müsbət təsir göstərir. Artıq təkcə 1 il deyil, 7 ilədək borc istiqrazlarının müddətini artırmışıq. Çalışacağıq ki, 10 illik istiqrazlar da buraxaq”, - nazir vurğulayıb.

Zaur Mirzə