“Xəzər balıq evi”ndə insident - Ölən var - Yenilənib

xezer-baliq-evinde-insident
Oxunma sayı: 11917

Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ilkin məlumata görə, cinayət hadisəsi onun iş yoldaşı, 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib. R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisə Bibiheybət qəsəbəsi N.Quliyev küçəsində yerləşən “Xəzər balıq evi” restoranında baş verib.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb:

“İyulun 26-sı saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır”.

Həmçinin oxuyun: “Айтадж получала крупные суммы денег, а Илькнур занималась мелкими делами”