Xırdalanda 36 yaşlı qadın 12-ci mərtəbədən yıxılıb öldü

xirdalanda-36-yasli-qadin-12-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 802

Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.