Xırdalanda ata-oğul bıçaqlandı

xirdalanda-ata-ogul-bicaqlandi
Oxunma sayı: 1643

Xırdalan şəhərində iki nəfər bıçaqlanıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 23-ü gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.

Araşdırma aparılır.