Xoşbəxtliyi yaşıl rəngdə görən 83 yaşlı qadın fenomen oldu - Fotolar

xosbextliyi-yasil-rengde-goren-83-yasli-qadin-fenomen-oldu
Oxunma sayı: 15790

Bütün həyatını yaşıl rəngə boyayan 83 yaşlı Elizabet Svithartın saçından tutmuş paltarına qədər hər şeyi yaşıl rəngdədir. Yaşıl rəngə olan sevgisi onu instaqram fenomeninə çevirib.

“Qafqazinfo” xəbər verir ki, “Daily Mail” instaqramda 500 minə yaxın izləyicisi olan “Yaşıl xanım”la bağlı süjet hazırlayıb.

Nyu-Yorkda yaşayan qadın evində yaşıldan başqa rəngdən istifadə etmir, yalnız bu rəngin tonlarında olan geyimlər geyinir. Svithart yaşıl rəngə olan 25 illik sevgisindən danışaraq bu rənglə özünü xoşbəxt hiss etdiyini söyləyib: “Hədsiz sevdiyimdən həyatım boyu çoxlu rəngdən istifadə etmişəm və yaşıl ən xoşbəxti kimi görünürdü... Yaşıl hər kəsi xoşbəxt edir və onunla yaşamaq asandır.

…Səhər oyanıram, qəhvəmi yaşıl qəhvə maşınında hazırlayıram. Üyüdücü maşınım yaşıldır, sadəcə yaşıl dünyada yaşayıram”.

O, 56 yaşlı həyat yoldaşı Robertin də yaşıl rəngi sevdiyini bildirib. Lakin həyatlarının yaşıla necə döndüyünü hiss etmədiklərini açıqlayıb.

Yaşıl geyimli qadın internet fenomeninə çevrildiyi üçün xoşbəxt olduğunu desə də, bu vəziyyətin həyatına çox da təsir etmədiyini bildirib.