Xüsusi təyinatlı bölmələrin təlimindən - Video

xususi-teyinatli-bolmelerin-teliminden
Oxunma sayı: 2185

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən taktiki-xüsusi təlim keçirilib.  

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mövzusu mülki əhali arasında çaxnaşma yaratmağa və təxribat törətməyə hazırlaşan şərti düşmənin təxribat-diversiya qrupunun gizləndikləri binada zərərsizləşdirilməsi olub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri və binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.

Əldə edilmiş kəşfiyyat məlumatına əsasən təxribatçı qruplar yaşayış məntəqələrinə yaxın ərazidəki tərk edilmiş binada gizləniblər.

Şərti düşmənin təxribat cəhdlərinin qarşısının alınması məqsədilə xüsusi təyinatlı qruplar fərqli istiqamətlərdən və helikopterlərlə terrorçuların gizləndikləri binaya daxil olaraq müxtəlif atəş vasitələrindən istifadə etməklə təxribatçıları zərərsizləşdiriblər.