“Yalan ifadə verməyə məcbur oldular”

yalan-ifade-vermeye-mecbur-oldular
Oxunma sayı: 658





-NİDA-çıların həbsi demək olar ki, ölkədə boyuk səs-səda yaratdı, telekanallarda üzvlərinizin ifadələri yayımlandı. Onlar bu işi gördüklərini etiraf etdilər. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik?
- Bizim üzvlər işgəncə və psixoloji təzyiq altında yalan ifadə verməyə məcbur oldular. Bu işin qurama olduğu tam aydındır. İctimaiyyət də buna inanmır. Son günlər müşahidə etdiyimiz reaksiya bunu deməyə əsas verir.

- Eyni zamanda NİDA-nın İdarə Heyəti də həbslərlə bağlı təcili brifinq keçirdi. Bu brifinqdən başqa NİDA hər hansı müzakirə aparıbmı?
- Biz zatən bu yola girəndə bilirdik ki, hakimiyyət müxtəlif metodlarla bizi susdurmağa çalışacaq. Biz NİDA olaraq situasiyani daim müzakirə edirik və müvafiq qərarlar qəbul edirik.

-Şahin Novruzun atası 94000 manatın həqiqətən də evlərində olduğunu təsdiqləyib. Bunun doğrudan da biznes məqsədi ilə qohumlardan borc aldığını sübut etmək üçün nə planlarınız var. Atası ilə bu barədə danışmısınımı?
- Martın 9-u mətbuatda bu barədə xəbər yayılmışdı. Şahin Novruzlunun atası təsdiqlədi ki, 94000 AZN pul ona biznes məqsədi üçün verilib. Bu artıq təsdiq olunub və mətbuatda bu barədə xəbər gedib.

- Həmin tələbələrin universitetden xaricin olunması ilə bağlı sizə xəbərdarlıq məlumat veriblərmi?
- Hələ ki, bu barədə heç bir məlumat yoxdur.

- İsa Qəmbərin bu jesti gözlənilən idi? Basqa kimlərsizə dəstək olur bu məsələ ilə bağlı?
- Bu jest gözlənilən deyildi, amma həmin anda NİDA-ya gözəl dəstək nümayişi idi. Eyni zamanda VHP-nin Gənclər Təşkilatı, El Hərəkatı, bir neçə tanınmış gənc fəal və onlarla gənc NİDA-ya qoşulduqlarını bəyan etdilər.

Gulnar