“Yandex”in həmtəsisçisi Rusiya vətəndaşlığından imtina etdi

yandexin-hemtesiscisi-rusiya-vetendasligindan-imtina-etdi
Oxunma sayı: 339

“Yandex”in həmtəsisçisi Arkadi Voloj Rusiya vətəndaşlığından imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu həftə milyarder artıq Rusiya vətəndaşı olmadığı təsdiqini alıb. Voloj bu prosesi ancaq başqa bir vətəndaşlıq aldıqda və ya buna zəmanət verildikdə tamamlaya bilər. Qeyd edək ki, o, hazırda İsrail vətəndaşlığına malikdir.