Yandırılmasını istəmişdi - Dəfn ediləcək

yandirilmasini-istemisdi
Oxunma sayı: 4010

Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında türkiyəli məşhur aparıcı və yazıçı Metin Uca vəfat edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, lakin aparıcının vəsiyyəti yerinə yetirilməyəcək.

Bu barədə mərhumun meneceri Kübra Kalem Baykara sosial media hesabında paylaşım edib.

Belə ki, aparıcı öləndən sonra yandırılaraq küllərinin İstanbul boğazına səpilməsini vəsiyyət etsə də, ailəsi onu sabah dəfn edəcək.

Xatırladaq ki, 62 yaşlı aparıcı noyabrın əvvəlində qəza törədib. Bu zaman onun şah damarlarının tıxandığı məlum olub. Buna görə M. Uca üç gün öncə əməliyyat olunub.