YAP Neftçala rayon təşkilatının 31 illiyi qeyd olunub - Fotolar

yap-neftcala-rayon-teskilatinin-31-illiyi-qeyd-olunub
Oxunma sayı: 1765

Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının yaradılmasının 31 illiyi Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və YAP Neftçala rayon təşkilatının təşkilatçılığı ilə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, partiya veteranları və ilk ərazi partiya təşkilatlarının üzvləri iştirak edib.

İlk öncə tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki ümummilli lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb və ruhunu ehtiramla yad ediblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və vəfat edən partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Mirhəsən Seyidov bildirib ki, ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınıb, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alınıb. Ulu öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə deyib: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.

İcra başçısı qeyd edib ki, 2021-ci ilin martın 5-də keçirilən YAP-ın VII qurultayında  Mehriban Əliyevanın YAP-ın sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amillərdən biridir. O, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsini, keçirilən seçkidə rayonun nəticələrinin yüksək olmasını diqqətə çatdırıb.

Tədbirin sonunda Neftçala RİH və YAP Neftçala rayon təşkilatı tərəfindən səmərəli fəaliyyətinə görə bir qrup şəxslərə fəxri fərmanlar təqdim olunub.