Yasamalın yeni icra başçısı kimdir?

yasamalin-yeni-icra-bascisi-kimdir
Oxunma sayı: 31454

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib. 

“Qafqazinfo” xəbər verir ki, yeni təyinat alan Həsənov Elşad Eldar oğlu bu vəzifəyə qədər Milli Məclisin V çağırış deputatı kimi çalışıb. 

1976-cı il təvəllüdlü icra başçısı Gənclər-idman, Elm və təhsil komitəsinin üzvü olub. 

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. Aspirantura pilləsindən sonra isə namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi adı alıb. 

Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.