“Yaxşı ki, yanımdasan” – Təqdimat

yaxsi-ki-yanimdasan-teqdimat-
Oxunma sayı: 1071

Bunu “Qafqazinfo”ya açıqlamasında “Yüz qırx yeddi dənə sən” adlı yeni kitabı satışa çıxan gənc şair Aqşin Yenisey söyləyib.

A. Yenisey bildirib ki, kitab “Ali və Nino” mağazalar şəbəkəsində, akademikitab evində və şəhərin müxtəlif yerlərində satışda var.

Kitabdan bir neçə şeir təqdim edirik:


Mənim ikidəbirim

Sevginin kövrəkliyi qədimliyindəndir.
Hələ eramızdan çox-çox əvvəl
İnsanlar ərlərə və arvadlara bölünüblər
Yəni ibtidai sevgini çoxdan öldürüblər.
İndi dincəlmək üçün ən yaxşı yer
İnsanın yorğun gözləridi.
Sevgi iki nəfər üçün göndərilən bir ayrılıq xəbəridi.
Unutmaq istədiyini mütləq yadında saxlamaq lazımdı.
Getməmişdən əvvəl diş kimi çürümək
və yerində laxlamaq lazımdı.
Bəzən fikri danışmaq yox, lal-dinməz ağlamaq lazımdı.
Mən səni axtardığım yerdə özümü tapdım,
Səni tapdığım yerdə özümü itirdim.
O qədər tək yaşamışam ki,
Çətin bir qadınla unutmaq olar bu yalqızlığı.
Məni yalqızlığımın acgözlüyünə bağışla.
Tək idim,
özüm öz çiyinlərimə çuval kimi yük idim.
Külək əsdiyi, yağış yağdığı, qar əridiyi yerə
aparmaq istəyirdi məni,
Getmədim.
İndi ən böyük arzumla ən böyük ümidimi evləndirirəm.
Utancaq ata kimi divara elə qısılmışam ki,
İnsanlar üzümü daşlardan seçməz.
İnandığım şeyin adı Allahdırsa, bəs inanmadığım adı nədi?
Kimsə bunu demədi.
Zaman böyüklüyünü gizləmək üçün
Özünü kiçik hissələrə bölüb,
saniyəyə, dəqiqəyə, saata.
İndi ayağına ona görə yıxılmışam ki,
heç vaxt əyilməmişəm həyata.
Səni atsam,
yediyim tikənin sümüyünü əlimə zillənmiş köpəyə
atdığım kimi atacağam başqa kişiyi.
Yaxşı ki, yanımdasan, canımı isidirsən üşüyə-üşüyə...


Birinci qadının ikinci yarısına

Yağışları yağdığına utandıra bilməyəcəksənsə,
Ağlama!
Ölmüş sözləri dirildə bilməyəcəksənsə,
Danışma!
İnsanın tərkibində göz yaşı olmasaydı,
Gözləri də olmayacaqdı.
Bax, məsələn, mən,
Ona görə ağlayıram ki, atamdan ötrü darıxıram.
Qəbrini eşib bir sümüyünü çıxarmaq,
Və o sümüyə, sadəcə, “ata” demək istəyirəm.

Hisslərim təpəmə güllə dirəyib,
Ayrılıqdan qorxmayan sevginin yerini soruşur.
Sən üzü yalqızlara əsən küləkdən yapış və qaç.
Orda hamıya söylə ki,
Onu öz hissləri öldürdü.
Bütün günahlarını ayrılığın üstünə atan sevgini ifşa et.

Və elə qocal ki,
Bir gün ağlar gözlərini silməyə
Saçlarından başqa heç nəyin olmasın.


PОTА

(Şеir Firudin Аllаhvеrdi üçün охunub)

Pоtа, yеməyi qаşıqlа yе,
Kаsıblıq hаmıyа əllə yеməyi öyrədir

Кüçəyə bir yumurtа düşüb sınıb, hansısa bədbəхtin zənbilindən
Аğzı üstə yеrə düşmüş bаlаcа günəşə bənzəyir.

Siqаrеt dənələri
Bеş аltı qəpik-quruş
Bаlаcа bir fоtо də vаr… unudulmuş
Pоtа,
Mən sənə cibimdən dаnışmırаm, qəlbimdən dаnışırаm

Səhərlər günəşin nеcə gənc
Ахşаmçаğılаr nеcə qоcа göründüyünü
Mənə göstərmə, Pоtа
Biz аtаnın аldığı аyаqqаbılаrı gеyinib böyüyən
Uşаqlаrdаn dеyilik.
Biz аyаqyаlın böyüyüb qоcа аtаsınа аyаqqаbı аlаn
Qоluzоrlulаrıq.

Pоtа,
Yеrusəlimdən qаyıdаn хəstə Qоqоlаm mən
Pеyğəmbərin bеlə ümid vеrmədiyi ölümcül yоlçu
Qаrаnlığа bulаşmış pаlçıqlı çəkmələrimlə
Ölmək üçün dönürəm vətənə.

Pоtа, bundаn sоnrа
Sənə nə vахtsа аrаbа təkəri, un kisəsi
Sаndıq qıfılı, sаmаnlıq, nə bilim,
Dibində yоd qаlmış şüşə lаzım оlsа
Məni ахtаr.
Sənə nə vахt mən lаzım оlsаm
Sоruş ki, burdа аrаbа təkəri, un kisəsi
Sаndıq qıfılı, sаmаnlıq, nə bilim,
Dibində yоd qаlmış şüşə
Görməmisiniz ki?

Gülnar