“Yaxşı nümunə göstərirsiniz, gərək əhali artsın” - Prezidentdən 6 uşaqlı ataya+Video

yaxsi-numune-gosterirsiniz-gerek-ehali-artsin
Oxunma sayı: 1921

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndinə gediblər.

“Qafqazinfo”nun məlumatına görə, bayram tonqalını qaladıqdan sonra dövlət başçısı ilə sakinlərdən birinin maraqlı dialoqu olub.

Sakin: Cənab Prezident, 1992-1993-cü illərdə biz buradan ağlayaraq, sürünərək getmişik. İndi buraya sevinc hissi ilə qayıtmışıq, Sizin sayənizdə qayıtdıq, Sizin rəhbərliyinizlə, Sizin “dəmir yumruğ”unuz sayəsində, Ordumuzun gücü ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Prezident İlham Əliyev: Amin.

Sakin: Sizə çox təşəkkür edirik. O vaxt mən buradan tək çıxmışdım, bu gün isə bura 6 uşağımla gəlmişəm.

Prezident İlham Əliyev: Allah saxlasın.

Sakin: Sağ olun, uşaqları da götürüb gəlmişik.

Prezident İlham Əliyev: Neçə uşaqdır?

Sakin: Altı uşaqdır, üzr istəyirəm, yoldaşım qəhrəman anadır.

Prezident İlham Əliyev: Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq.

Sakin: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Düzdür, bu gün də artır, amma daha da sürətlə arta bilər.