“Yayda 147 sel və daşqın hadisəsi olub”

yayda-147-sel-ve-dasqin-hadisesi-olub
Oxunma sayı: 838

“2019-cu ildən bəri ölkə ərazisində 64 avtomat hidrometeoroloji stansiya yaradılıb. Bunlardan 16 ədəd hidrometeoroloji stansiya Qarabağda, Zəngəzurda qurulub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, son günlər, noyabr ayında temperatur 24 dərəcəyədək idi. Bütün bunlar iqlim dəyişikliyi ilə bağlıdır: “Bu il yayda 147 sel və daşqın hadisəsi olub. Bunlar ölkəmiz üçün xarakterik olan hal deyil. Bu baxımdan düzgün hidrometeoroloji proqnozların verilməsi bizim qarşımızda duran vacib məsələlərdəndir. Proqnozların vaxtında alınması, emalı və çatdırılması vacibdir. Mobil tətbiq və SMS xəbərdarlıq sistemləri təşkil ediləcək. Bununla bağlı iş aparılır, Türkiyə təcrübəsi öyrənilir. Gələn ildən bu sistemin tətbiqi gözlənilir”.

Gülnar Əliyeva