Yefremova 8 il həbs cəzası verildi

yefremova-8-il-hebs-cezasi-verildi
Oxunma sayı: 3004

Bu ilin iyununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Rusiyanın Əməkdar artisti, aktyor Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, o, Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə (Avtomobil idarə edən şəxs tərəfindən yol- hərəkəti qaydalarının pozulması, sərxoş vəziyyətdə olma, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnmə) təqsirli bilinib.

Bu maddəyə görə minimum 5, maksimum 12 il həbs cəzası nəzərdə tutulub.

Moskvanın Presnenski Məhkəməsi aktyorun sərxoş halda qəza törətməsinə əsaslanaraq ağır cəza tətbiq edib. Eyni zamanda Yefremov üç il müddətində sürücülükdən məhrum olunub. 

Sənətçinin vəkili Elman Paşayev müvəkkilinin 6 ildən 8 ilədək ümumi rejimli koloniyada saxlanılma ehtimalının olduğunu qeyd edib.