Yel çərşənbəsində 50 mindən çox ağac əkildi

yel-cersenbesinde-50-minden-cox-agac-ekildi
Oxunma sayı: 1312

“Novruz bayramının 3-cü çərşənbəsi olan Yel çərşənbəsində bir gündə 50 044 ədəd müxtəlif növ ağac tingi əkilib, 100 kiloqram toxum səpilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

O qeyd edib ki, gün ərzində Quba, Şəki, Oğuz, Beyləqan, Ağcabədi, İmişli, Yevlax, Bərdə, Zərdab, Ağdaş, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib, toxumlar səpilib:

“Yaz əkin mövsümü başlayandan bugünədək ölkənin meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 1 285 000 ədəd müxtəlif növ ağac tingi əkilib, 10 200 kiloqram toxum səpilib”.