Həmin hərbçilərin yeməkləri müzakirə yaratdı - Fotolar

hemin-herbcilerin-yemekleri-muzakire-yaratdi
Oxunma sayı: 410

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisində dənizçilərə verilən yeməklərin keyfiyyəti ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub .

“Qafqazinfo” “USA Today”ə istinadən xəbər verir ki, paylaşılan şəkillərdə hərbçilərə təqdim olunan qidaların az miqdarda və keyfiyyətsiz olduğu əksini tapıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri tərkibində fəaliyyət göstərən “USS Abraham Lincoln” və “USS Tripoli” gəmilərində xidmət edən dənizçilərin ailələri tərəfindən paylaşılan görüntülər narazılığa səbəb olub. Ailələr hərbçilərin kifayət qədər qidalanmadığından narahat olduqlarını bildiriblər.

ABŞ Konqresinin üzvü Mayk Levin sosial şəbəkədə paylaşım edərək məsələnin araşdırılmasını tələb edib: “Bu, tamamilə qəbuledilməzdir və Konqres araşdırma aparmalıdır. Dünyanın ən güclü ordusu öz qoşunlarını kifayət qədər qidalandırmaqda uğursuzdur”.

Senator Elizabet Uorren isə Prezident Administrasiyasını tənqid edərək ABŞ-nin xarici siyasət və hərbi xərclərinə diqqət çəkib.

Pentaqon və Hərbi Dəniz Qüvvələri gəmilərdə qida çatışmazlığı olduğunu inkar edib. Rəsmi açıqlamalarda hər iki gəmidə kifayət qədər ərzaq ehtiyatının olduğu bildirilib.

Pentaqon rəhbəri Pit Heqset yayılan iddiaları “əsassız” adlandırıb.

Qeyd edək ki, gəmilər uzunmüddətli missiya və regiondakı gərginlik səbəbindən planlaşdırılandan daha uzun müddət dənizdə qalıb. Hörmüz boğazı ətrafındakı vəziyyətin də təchizat zəncirlərinə əlavə təzyiq yaratdığı bildirilir.

ABŞ rəsmiləri bölgədəki hərbi mövcudluğun artırıldığını və hazırda Yaxın Şərqdə 15 mindən çox hərbçinin yerləşdirildiyini açıqlayıb.