Yenə Şamaxı, yenə ədəbiyyat... - Video

yene-samaxi-yene-edebiyyat
Oxunma sayı: 4447

Məlum olduğu kimi, Azərbaycanda ilk dəfə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində “Azərbaycan dili və Ədəbiyyatı” Forumu keçirilir.

Forumun açılışı sentyabrın 1-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxıda baş tutub.

Əvvəlcə ədəbi-bədii proqram təqdim edilib. Daha sonra çıxışlar, panel müzakirələri olub. 

“Qafqazinfo” əməkdaşlarının Şamaxıda Forumun açılışından hazırladığı videoreportajı təqdim edirik: 

Hüseyn Məmmədsalahov
Video: Xəyal Vəlizadə