Yeni Ali Liderin seçilməsini qeyd edərkən raket atıldı - Video

yeni-ali-liderin-secilmesini-qeyd-ederken-raket-atildi
Oxunma sayı: 5336

İranda yeni Ali Liderin elan olunmasının qeyd edildiyi tədbir zamanı partlayış olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Kirmanşah şəhərində yüzlərlə insanın iştirakı ilə keçirilən tədbirdə Müctəba Xameneinin ölkənin yeni Ali Lideri təyin olunması qeyd edilərkən baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə izdihamın şüarlar səsləndirdiyi, bu zaman partlayış səsləri eşidildiyi əksini tapıb.

Kadrlarda hadisə yerindən qalın tüstünün qalxdığı müşahidə olunur.