Yeni Klinikaya direktor təyin edildi

yeni-klinikaya-direktor-teyin-edildi
Oxunma sayı: 5391

Yeni Klinikaya direktor təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Barat Yusubova həvalə olunub.

Barat Yusubov Mərkəzi Neftçilər Xəstəxanası, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və digər tibb müəssisələrində işləyib. 2018-ci ildən “EGE Hospital”ın Müşahidə Şurasının sədri kimi çalışıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru rüşvət ittihamı ilə 2 il əvvəl həbs olunan və bu günlərdə azadlığa çıxan Pərviz Abbasov olub. Onu tanınmış anestezioloq Cavid Paşayev əvəz edirdi.