“Yeni oyunçuya ehtiyacımız var” - Baş məşqçi

yeni-oyuncuya-ehtiyacimiz-var
Oxunma sayı: 1833

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Basketbol Liqasının 5-ci turunda “Sərhədçi” “Gəncə”ni 109:108 hesabı ilə məğlub edib. “Qafqazinfo” xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Vladimir Boşnyak matçlar bağlı fikirlərini bildirib: 

 “Oyuna çox yavaş başladıq. Birə-bir müdafiədə problemlər var idi. Rəqibin heyətində 15 nömrəli oyunçu çox problem yaradırdı. Matçın gedişatında tarazlıq yarada bildik. Mövqe müdafiəsinə keçdikdən sonra üstünlük əldə etdik. 4-cü hissədə daha yaxşı idik. Sonda qələbə qazana bildik, çox sevinirəm. Bundan əlavə də biz qarşıdakı oyunlarda güclü komandalara qarşı başqa sürprizlər etmək istəyirik. Get-gedə daha yaxşı olacağımıza inanıram. Ən azı heyətə yeni bir oyunçu qatmağı da düşünürük”.

Daha sonra komandanın oyunçusu Cəbrayıl Əkbərov da qalib gəldikləri oyundan danışıb: “Matçın əvvəlində oyunumuz yaxşı alınmırdı. 3 xallıq atışlarda səhvlə yol verirdik. Ona görə də rəqib oyunboyu bizdən 10-15 xal öndə oldu. Amma sona qədər göyüşdük, ruhdan düşmədik. Bu da bizə qələbə qazanmağa kömək etdi. Açığı, qarşılaşmanın bu qədər uzun çəkəcəyini gözləmirdim. Növbəti matçlarda da yalnız qələbə haqqında düşünəcəyik. İnanıram ki, uğurlarımız davamlı olacaq. Əlbəttə ki, getdikcə hər şey daha yaxşı olacaq. Çünki oyunçular zaman keçdikcə bir-birini anlayır, başa düşür. Bütün bu amillər nəticələrə də təsirsiz ötüşməyəcək. Həm də yeni oyunçu gəlməlidir bu yaxınlarda, mərkəz oyunçudur və bu da sevindirici haldır. Onun gəlişi bizə kömək edəcək”.