“Yerli seriallar cılızdır, heç birini izləmirəm”

yerli-seriallar-cilizdir-hec-birini-izlemirem
Oxunma sayı: 3247

Xalq artisti Firəngiz Mütəllimova Azərbaycan seriallarını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, aktrisa bu haqda “Göstərir radio” proqramında fikirlərini səsləndirib. O, seriallara çəkilməməsinin səbəbini açıqlayıb.

“Bəzən mənə iradlar gəlirdi. Məni bəzi serial və tamaşalarda görmək istəmirdilər. Bunu çox xoş qəbul edirdim. Deyirdim ki, gör məni nə qədər çox istəyirlər. O “tərəzi” məsələsi... Tənqidi çox gözəl qəbul edirəm. Son zamanlar çəkilən seriallar bir-birinə çox oxşayır. Orada çəkilən eyni aktyorlar, simalardır. Mən seriallarla ümumiyyətlə işlərimi bitirmişəm. O vaxt o seriala çəkilərəm ki, tarixi bir əsər, ciddi çəkiliş olsun. Son zamanlar çəkilən seriallar mənə cılız gəlir. Yerli serialları izləmirəm, baxmıram və mənə maraqlı gəlmir”.