Yevlaxda möhtəşəm bayram konserti - Video + Fotolar

yevlaxda-mohtesem-bayram-konserti
Oxunma sayı: 1894

Yevlax şəhərindəki Heydər Əliyev xiyabanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə möhtəşəm bayram konserti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivi, rayonun idarə, təşkilat, elm və təhsil müəssisələri, gənclər, veteranlar və ictimaiyyət nümayəndələri, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb.

Bayram tədbirində qeyd edilib ki, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhz Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin siyasi uzaqgörənliyinin nəticəsidir ki, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız bu bayramı iftixar və qürurla qarşılayırlar.

Ölkəmizdən kənarda yaşayan soydaşlarımız Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının qürur ünvanı olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşdilər, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakarlıq göstərdilər, bu da şanlı zəfərimizə layiqli töhfə oldu, 44 günlük Vətən savaşı həm də xalqımızın milli həmrəyliyinin ən mükəmməl nümunəsini yaratdı.

2 saata yaxın davam edən bayram konsertində minlərlə yevlaxlı aparıcı Vüsalə Kərimovanın təqdimatında respublikamızın tanınmış müğənniləri Nüşabə Ələsgərli, Nihad Məlik, Kərim, Nərmin Kərimbəyova, Əhməd Mustafayev, Mehriban, Rübail Əzimovun çıxışlarını dinləyib və rəqs qrupunun ifasına tamaşa ediblər. İncəsənət xadimlərinin  çıxışları sakinlər tərəfindən böyük alqış sədaları ilə qarşılanıb.

Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.