Yıldız Tilbe təqaüdə çıxdı

yildiz-tilbe-teqaude-cixdi
Oxunma sayı: 4011

Türkiyəli ifaçı Yıldız Tilbe təqaüdə çıxdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirir ki, 57 yaşlı sənətçi bununla bağlı sosial media hesablarında paylaşım edib. Lakin sənətçi alacağı vəsaitdən gileylənib:

“Əvvəllər təqaüdə çıxanda ev, maşın almaq, ya da iş qurmaq olurdu. İndi bizə Allah kömək etsin, başqa kömək olan yoxdur. Ömür boyu işləməyin qarşılığı bu, olmamalıdır”.